Misir Mərdanov: “Müəllimə əxlaqsız təklif etmək yolverilməzdir”backend

Misir Mərdanov: “Müəllimə əxlaqsız təklif etmək yolverilməzdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

M.Mərdanov “Ölkə.Az”-a açıqlamasında bu cür məsələlərin xoşagəlməz hal olduğunu söyləyib.

M.Mərdanov deyib ki, bu, pedoqoji fəaliyyətə yaraşan hərəkət deyil:

“Mən istəmirəm ki, bu barədə danışım. Çünki bu cür hərəkətlər pedeqoji işə yaraşmır. Ümumiyyətlə, müəllim haqqında belə sözlər demək və ya müəllimə hər hansı əxlaqsız təklif etmək yolverilməzdir. Bu barədə danışmağı belə özümə yaraşdırmıram”.
Xatırladaq ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin keçmiş əməkdaşı Gülnar Ələsgərova məktəbin direktoru Allahverdi Vəliyevin əxlaqsız təklifinə “yox” cavabı verdiyi üçün işdən çıxarıldığını iddia edib.

G.Əliyeva işə bərpa və buraxılmış iş günlərinin əməkhaqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.

İnterpress.az