8 milyard illik radio dalğaları aşkar edildibackend

8 milyard illik radio dalğaları aşkar edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyalı astronomlar Yerə çatması 8 milyard il çəkmiş radiodalğaların yaratdığı sirli partlayışı aşkar ediblər. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Science jurnalında dərc edilən araşdırmaya görə, Fast Radio Bursts (FRB) adlı radio dalğalarından biri 8 milyard illik səyahətindən sonra Yerə çatıb.

Tədqiqatçılar FRB 20220610A adlı dalğanın dalğa uzunluğunun bir millisaniyədən az davam etdiyini bildiriblər.

CNN-in məlumatına görə, tədqiqatçılardan biri Stuart Rayder “Australian Square Kilometer Array Pathfinder (ASKAP)” adlı radio teleskopu ilə dalğanın haradan gəldiyini təsbit etdikdən sonra dalğanın gəldiyi qalaktikanı axtardığını qeyd edib.

Ryder, aparılan araşdırmalar nəticəsində bu dalğanın digər FRB-lərdən çox daha uzaqdan gəldiyinin və bir neçə qalaktikanın birləşdiyi partlayış nəticəsində əmələ gəldiyinin aşkar edildiyini ifadə edib.

Digər tədqiqatçı Rayan Şennon da FRB-lərin kainatın kütləsini hesablamaq üçün istifadə oluna biləcəyini bildirdi. Şennon qeyd etdi ki, FRB-lər qalaktikalararası ionlaşmış materialı aşkar edə bilir.

2007-ci ildə ilk FRB kəşf edildikdən sonra indiyədək 50 FRB-nin mənşəyi müəyyən edilmişdir.