“Xaçmaz-Taxıl” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncağın mayın 27-də keçirilməsi nəzərdə tutulub.
İclasda Cəmiyyətin 2023-ci ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə icra orqanının hesabatı müzakirə olunacaq.
Eyni zamanda idarəetmə orqanları formalaşdırılacaq.
Həmçinin istismara yararsız əsas vəsaitlərin silinməsi və özgəninkiləşdirilməsi məsələləri müzakirəsi ediləcək və yekun qərar veriləcək.
Qeyd edək ki, “Xaçmaz-Taxıl” ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 810 706 manat, qanuni təmsilçisi isə Qafarov Nəzər Babacan oğludur.