İnterpress.az Reporta-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə T.Əhmədovun mülki iddiası baxılmamış saxlanılıb.
Xatırladaq ki, T.Əhmədov cinayət işində zərərçəkmiş qismində tanınıb. O, məhkəmədə 3 milyon manatlıq mülki iddia qaldırmışdı.
Hökmə əsasən, təqsirləndirilən A.Çovdarov 12 il, S.Məmmədov 11 il, A.Əliyev 5 il və O.Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
İnterpress.az