I Qurultayın iştirakçıları adından Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyana \”ermənilər və azərbaycanlılardan başqa bu münaqişəni kiminsə həll edəcəyinə inanmaq sadəlövhlükdür. Bundan irəli gələrək bildiririk ki, münaqişənin qısa vaxtda dinc yolla həlli üçün nəticəyə hədəflənmiş danışıqlara başlamağın vaxtı çatıb\”-fikirləri olan müraciət ünvanlanıb.
Sülh Platformasının mahiyyəti və əhəmiyyətini politoloq İlqar Vəlizadə Ölkə.Az-a şərh edib:
\”Sülh Platforması ictimai bir resursdur. Bu platforma Azərbaycan və Ermənistan cəmiyyətlərinin nümayəndələri arasında birbaşa münasibətlərin olmaması fonunda iki cəmiyyət arasında münasibətlərin olmamasını bu və ya digər şəkildə aradan qaldırılması məqsədi daşıyır. Azərbaycan tərəfi dəfələrlə Ermənistan tərəfinə təklif edib ki, Azərbaycanın Dağlıq Qarabağ icması ilə Ermənistanın Dağlıq Qarabağ icması arasında birbaşa dialoq olsun. Ancaq Ermənistan tərəfi bu dialoqdan boyun qaçırıb. Ona görə də, Azərbaycan tərəfi təşəbbüsü ələ alaraq bunu birtərəfli qaydada etmək niyyətindədir. Bu platformanı canlandıraraq Ermənistan ictimaiyyətində hakimiyyətin bu mövqeyinə əks reaksiya göstərən insanlara \”gəlin, hakimiyyətiniz dəstəkləməsə də, bu platformaya qoşulun\”-mesajı vermək olar\”.
Sülh Platformasını qaranquş adlandıran politoloq bildirib ki, illərlə cəmiyyətlər arasında birbaşa dialoq olmayıb, bu dialoqun olmaması da müxtəlif mənfi proseslərə səbəb olub:
Qeyd edək ki, Sülh Platformasının I Qurultayı 30 oktyabr Tiflis şəhərində keçirilib.
İnterpress.az