İnterpress.az \”qafqazinfo”ya istinadən xəbər verir ki, keçmiş \”MTN-çi”lər onlar bəraət hökmü verilməsini və müsadirə edilən əmlaklarının özlərinə qaytarılmasını istəyiblər.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə general E.Quliyev 10 il 6 ay müddətinə, polkovnik A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
E.Quliyevdən general rütbəsinin alınması üçün prezidentə, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün müvafiq icra orqanına təqdimat verilib. Həmçinin, onların əmlaklarının müsadirə edilməsinə qərar verilib.
İnterpress.az