DİN-dən İnterpress.az-a verilən məlumata görə, dekabrın 11-də saat 4.00 radələrində Şirvan şəhərinin 20 Yanvar küçəsində İlham Abdullayevin yaşadığı evdə yanğın baş vermişdir. Nəticədə 30 kvm. sahədə ev əşyaları yanmışdır. Yanğın söndürüldükdən sonra İ.Abdullayevin yanmış meyiti tapılmışdır. Araşdırma aparılır.
İnterpress.az