İnterpress.az xəbər verir ki, bu haqda “The New Yorker” jurnalı yazıb.
“Bu qərar ABŞ-ın sülh prosesinin nizamlanması ilə bağlı Əsədin istefaya getməsi haqda verdiyi bəyanatlardan geri çəkilməsi deməkdir” – nəşr yazır.
Ekspertlər ehtimal edirlər ki, ABŞ-ın belə mövqeyi Tramp administrasiyasının məhdudlaşdırılmış imkanları ilə bağlıdır. Bu həmçinin Suriyadakı hərbi vəziyyətlə izah olunur. Əsədə münasibətdə həlledici amil Rusiya HHQ-nin dəstəyi olub.
Bununla yanaşı ABŞ hakimiyyəti Bəşər Əsədin 2021-ci ildə bu və ya digər yolla seçkiləri uda biləcəyindən narahatdır.
İnterpress.az