İnterpress.az xəbər verir ki, məqalədə ulu öndər Heydər Əliyevin siyasi prinsipləri və görkəmli şair Hüseyn Cavidin ideyaları arasında paralellər aparılıb.
Müəllif ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidə doğma münasibətindən bəhs edir. O yazır ki, Heydər Əliyev Hüseyn Cavid ideyalarını özünün həyat amalı, fəaliyyət prinsiplərinin rəhbəri kimi qəbul edib. Hüseyn Cavid Azərbaycan xalqının yüksək mədəniyyətini, dünyada sülh və əmin-amanlığı, türkçülük ənənələrini öz əsərlərində təbliğ edib. Cavidin əsərlərini sevə-sevə oxuyan, onun yaradıcılığını yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev böyük şairin həyat prinsiplərini öz siyasi fəaliyyətində tətbiq edib.
İnterpress.az