ARB TV xəbər verir ki, Qarqucaq kəndində Elçin Əsgərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil “Shacman” markalı yük avtomobili ilə toqquşub.
Nəticədə Elçin Əsgərov, onun qardaşı Tural Əsgərov və digər sərnişin – Kamil Qəhrəmanov dünyasını dəyişib. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri meyitləri deformasiyaya uğramış minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Fakt araşdırılır.
İnterpress.az