İnterpress.az xəbər verir ki, erməni nazir Türkiyə ilə 2009-cu ildə imzalanan münasibətləri normallaşdırmağa dair protokolların ləğv ediləcəyini bildirib.
Nalbandyan qeyd edib ki, Türkiyə ilə münasibətləri normallaşdırma prosesi 2008-ci ildə başlayıb. 2009-cu ilin oktyabr ayında iki dövlətin XİN rəhbərləri arasında protokollar imzalanıb.
Protokolların qüvvəyə minməsi üçün parlamentlər tərəfindən təsdiqi lazım idi. Amma Nalbandyanın fikrinə görə, Türkiyə protokolların ruhuna uyğun hərəkət etmir.
Nalbandyan deyib: \”Ermənistan prezidenti sentyabr ayında Yerevan protokolların ləğv ediləcəyini bildirib. Bu səbəbdən 2018-ci ilin yaz ayını bu protokollarsız qarşılayacağıq\”.
İnterpress.az