İnterpress.az Apa-ya istinadən xəbər verir ki, qəza Xaçmaz -Xudat yolunun 1-ci km-də qeydə alınıb.
\”VAZ 2107\” markalı maşınla \”Volkswagen\” markalı avtomaşın toqquşub.
Xəsarət alan \”VAZ 2107-nin sürücüsü Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gətirilib, ilkin tibbi yardımdan sonra tibb müəssisəsini tərk edib.
Faktla bağlı araşdırmalar aparılır.
İnterpress.az