İnterpress.az istinadla xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens İsrailə planlaşdırdığı səfərini qeyri-müəyyən müddətə təxirə salıb.
İsrail KİV-in səfərin ABŞ Konqresindəki islahat müzakirələri səbəbi ilə təxirə salındığını iddia etsə də, qərarın ABŞ-ın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra verməsi diqqətdən yayınmayıb.
Qeyd edək ki, daha əvvəl Fələstin dövlət başçısı Mahmud Abbas Mayk Pensi İordan çayının Qərb sahilinə gəldiyi təqdirdə qəbul etməyəcəyini bildirib.
İnterpress.az