İnterpress.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Beynəlxalq Məhkəmə onun barəsində 6 il müddətinə həbs qərarı çıxarıb. Qlasın Braziliyanın inşaat şirkəti olan \”Oberdekt\”in ölkədəki ən önəmli layihələri qazanması üçün milyonlarla dollar rüşvət verməsi işində vasitəçi olduğu bildirilib.
Son 2 prezident seçkilərində prezident köməkçisi postunu qoruyan Qlas əmisi və onlarla əlaqəli olan digər 3 nəfərlə birgə saxlanılıb.
Qeyd edək ki, \”Oberdekt\”in yüksək dairələrə rüşvət verməsi ilin əvvəlində ABŞ Ədliyyə Nazirliyinin apardığı araşdırmalar zamanı üzə çıxmışdı.
İnterpress.az