İnterpress.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, içərisində 120 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Seyfəddin Mustafayev saxlanılıb. Belə ki, metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 8-də Bakı şəhər sakini olan bir qadının içərisində 120 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Seyfəddin Mustafayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az