Şəkidə bıçaqlanma olubbackend

Şəkidə bıçaqlanma olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Mərkəzi Rayon Xəstəxanasından rayon sakini Eşqin Nəbiyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının dərhal keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb. Keçirilən tədbirlərlə həmin şəxsin rayonun Böyük Dəhnə kənd sakini 1971-ci il təvəllüdlü Vaqif Şükürov olduğu müəyyən edilib. O, şəxsi münasibətlər zəminində həmkəndlisi E.Nəbiyevə xəsarət yetirdiyini etiraf edib.

Faktla bağlı Şəki ŞRPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

İnterpress.az