İnterpress.az Report-a istinadən xəbər verir ki, ukraynalı legioner finalda yerli idmançı Anastasiya Sapsayı yenib.
26 yaşlı cüdoçu bildirib ki, rəqiblərini təcrübəsi hesabına və onları yaxşı tanıdığı üçün məğlubiyyətə uğradıb: \”Biz birgə böyümüş və məşq etmişik\”.
Kişilər arasında mütləq çempion adını isə Yakov Xammo əldə edib. 50-dək cüdoçunun qatıldığı çempionatın ümumi mükafat fondu 15 min dollar olub.
İrina Kindzerskaya Azərbaycan vətəndaşlığını mayda qəbul edib. 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Kindzerskaya \”Bakı 2017\” IV İslam Həmrəyliyi Oyunlarında fərdi və komanda mübarizəsində gümüş, dünya çempionatında isə bürünc medal qazanıb.
İnterpress.az