İnterpress.az istinadla xəbər verir ki, Putin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Sankt-Peterburqda terror aktının qarşısını almaqda göstərdiyi köməyə görə Trampa təşəkkür edib.
Putin Trampdan MKİ rəhbərliyinə və operativ məlumatı əldə etmiş kəşfiyyatçılara təşəkkürünü çatdırmağı xahiş edib.
Qeyd edək ki, dekabrın 11-də Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) yeni il şənlikləri və prezident seçkiləri zamanı hazırlanan terror aktlarının qarşısını alıb.
İnterpress.az