İnterpress.az Axşam.az-a istinadən xəbər verir ki, bunu prodüser Tolik (Tarix Əliyev ) “ATV maqazin 10-larla”nın “Hit parad” rubrikasında deyib:
“İradə Türkiyə şou-biznesinə qatılmaq istəyib və 200 min dolları batıb. Bunu mənə İradə özü deyib. İradə ərə gedəndən sonra Bakıdakı evini satıb. Tarkanın keçmiş prodüseri Uyqar Ateş İradə ibrahimova ilə Türkiyədə işlər görmək istəyib. Çoxlu pullar töküblər və 200 mini batıb. İradə demədi ki, mən də sizin kimi orada yaşaya-yaşaya pullar tökdüm, amma məni aldatdılar”.
İnterpress.az