İnterpress.az istinadla xəbər verir ki, seçkidə 54% səs toplayan Sebastian Pinera qalib olub. Mühafizəkar sağ qolu təmsil edən Pinera 2010-2014-cü illərdə də Çiliyə rəhbərlik etmişdi. Ölkənin sonuncu prezident Mişel Baçeletin dəstəklədiyi mərkəzi sol qolun təmsilçici Alexandro Quiller məğlubiyyəti qəbul edərək Pineranı təbrik edib.
Sebastian Pinera \”Çilinin qarşıdurmalardan çox müttəfiqlərə ehtiyacı var. Gələcəyə gedən yollar bizi birləşdirir, bəzən keçmişdə baş verənlər bizi ayıra bilir\” açıqlamasını verib. O, vergiləri azaltma, iqtisadiyyatı dirçəltmə vədi ilə biznes sektorunun da rəğbətini qazanıb.
Qeyd edək ki, Sebastian Pinera Çilidə hökmran olan Sosialist qolun 20 illik hakimiyyətinə son qoyaraq 2010-cu ildə prezident seçilmişdi. Son illərdə Argentina, Braziliya, Paraqvayda mühafizəkar sağ siyasətçilər hakimiyyətə gəlib. Venesuelada isə hökümət əleyhinə etirazlar uzun müddətdir davam edir.
İnterpress.az