27 yaşlı oğlan bıçaqlandıbackend

27 yaşlı oğlan bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Yeni Yasamal yaşayış ərazisində 1990-cı il təvəllüdlü Məmmədov Coşqun Adil oğlu özünün dediyinə görə, tanımadığı şəxslə mübahisə edib. Nəticədə naməlum şəxs onu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

İnterpress.az