“Qız nəvələrini oğurladacağam” – Ramiz Məliklə Məleykə Əsədovanın məhkəməsi olubbackend

“Qız nəvələrini oğurladacağam” – Ramiz Məliklə Məleykə Əsədovanın məhkəməsi olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən iclasda iddiaçı tərəf şərəf və ləyaqətinin təhqirinə görə aktyordan 200 min manat məbləğində təzminat tələb edib.

Qarşı tərəf isə iddiaçının tələbini qəbul etməyib. Vəkil Türkel Süleymanlı bildirib ki, iddianı qəbul etmir. Məleykə Əsədova Ramiz Məlikin evinə zəng edərək ailə üzvlərini təhqir edib, qız nəvələrini oğurlatmaqla hədələyib.

Ramiz Məlik yeniçağ.az saytının əməkdaşı ilə danışarkən stress içində olub və sadəcə jurnalistlə söhbət etdiyini düşünüb. Sözlərinin mətbuatda yer alacağını bilməyib. M.Əsədova \”Ramiz, sən əvvəldən qeyrətli idin, yoxsa indi qeyrətə gəlmisən?\” deyərək xalq artistini təhqir etdiyi üçün ondan 300 min manat tələb edir.

Hakim növbəti iclasda aktrisa Məleykə Əsədovanın iştirak etməsi ilə bağlı qərar verib. Növbəti məhkəmə prosesi yanvarın 8-də olacaq. (musavat)

İnterpress.az