İnterpress.az xəbər verir ki, əməliyyat haqqında Ailem.az-a məlumat verən Fuad Hüseynov deyib ki, bu durumda uşağı qətiyyən sünnət etmək olmazdı: “İlk əməliyyat iki il öncə olub. Həkim əyriliyi düzəltmək məqsədilə aşağıdakı pərdəni kəsib və uşağı sünnət edib. Halbuki sünnət etmək olmazdı. Çünki sünnət dərisi bizim icra edəcəyimiz əməliyyatda bizə lazım idi. Üstəlik sidik kanalının ucunu da normal yerinə gətirməmişdilər. Sadəcə dəliyi genişləndirmişdilər ki, uşaq rahat sidiyə getsin, bu da bizim işimizi çətinləşdirdi, çünki çapıq toxuması inkişaf etdiyi üçün sidik kanalını tikmək prosesi çətinləşdirib, əməliyyatın effektivliyini azaldırdı. Həm də əməliyyatın nəticəsi arzuolunmaz idi. Uşağın cinsiyyət orqanında ciddi əyrilik və burulma mövcud idi. Sidik kanalının xarici dəliyi normal yerinə açılmadığı üçün oturub sidiyə getmək məcburiyyətində idi. Və gələcəkdə cinsi həyatında onu ciddi problemlər gözləyirdi”.
Həkim qeyd edir ki, təkrari cərrahi əməliyyatla sidik kanalının xarici dəliyi normal yerinə gətirildi, cinsiyyət orqanındakı əyrilik düzəldildi: “Biz sidik kanalını tikməyə material olmadığında sünnət dərisindən istifadə edirik. Amma onlar uşağı sünnət etmişdilər. Əlacsız qaldığımız üçün ağız içinin selikli qişasından götürüb, yama qoymaq məcburiyyətində qaldıq. Əməliyyat uğurla keçdi və hazırda o, normal uşaqlardan fərqlənmir. Təkrari əməliyyat etməsəydik, balaca kişinin gələcəyi necə olacaqdı? Şükür ki, hər şey yaxşı nəticələndi. Bu haqda məlumat verməyimin məqsədi əhalinin, valideynlərin maariflənməsidir. Çünki belə hal dəfələrlə təkrarlanır”.
İnterpress.az