“Cavan” Gənclər Hərəkatı İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, yarışda iştirak edən azərbaycanlı altı məktəblidən beşi – kimya-biologiya təmayüllü Respublika Liseyinin şagirdləri Kənan Ağayev və Əli Əliyev, Ağdaş “İstək” liseyinin şagirdi Fərid Əliyev, Lənkəran “İstək” liseyinin şagirdi Turan Məmmədli, Bakı şəhəri 291 saylı Ekologiya liseyinin şagirdi Turan Bayramlı bürünc medal qazanıblar. Zərifə Əliyeva adına liseyin şagirdi Xaqan Məmmədlini isə medaldan cəmi iki xal ayırıb.
İctimai Birliyin ofisində komandanın rəhbəri Elxan Tahirov və medal qazanmış yeniyetmələrlə görüş keçirilib, onların bu uğurunun Azərbaycan gəncliyi üçün böyük nailiyyət olduğu bildirilib.
Sonda qaliblərə xatirə hədiyyələri təqdim edilib.
Xatırladaq ki, 2004-cü ildən bu olimpiadalarda iştirak edən gənclərimiz indiyədək 37 medal qazanıblar.
İnterpress.az