Şakira ilə bağlı prokurorluğa müraciət – Milyonlarla avro vergidən yayınmabackend

Şakira ilə bağlı prokurorluğa müraciət – Milyonlarla avro vergidən yayınma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, buna səbəb onun vergidən yayınmasında şübhələrin olmasıdır. Şübhələrə görə, o, vergidən bir neçə milyon avro yayınıb.

Məlumata görə, müğənni 2010-2017-ci illər ərzində ispan futbolçu Jerar Pike ilə münasibətdə olub. Cütlük öz münasibətlərini 2011-ci ildə rəsmiləşdirib, lakin Şakira İspaniyanın vergi orqanlarında qeydiyyata 2015-ci ildə düşüb. Belə olan halda, vergi əməkdaşları müğənnini vaxtın böyük hissəsini bu ölkənin ərazisində yaşamasına baxmayaraq, 4 il ərzində vergi ödəməkdən boyun qaçırmaqda şübhəli bilirlər. Şakiranın nümayəndələrinin iddiasına görə, müğənni İspaniyada vergi rezidenti hesab olunması üçün qanunla müəyyən edilmiş 183 gündən az yaşayıb.

İnterpress.az