UEFA Rusiya yığmasının sabiq futbolçusunun oğurlanmış medalını yenisi ilə əvəzləyibbackend

UEFA Rusiya yığmasının sabiq futbolçusunun oğurlanmış medalını yenisi ilə əvəzləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Sport-Ekspress”ə istinadən xəbər verir ki, qitə futbol qurumu 2008-ci il Avropa çempionatında 34 yaşlı yarımmüdafiəçiyə təqdim edilən bürünc medalın eynisini hazırlayıb.

Medal yanvarın 24-də İsveçrənin Lozanna şəhərində Millətlər Kubokunun püşaktmasında iştirak edəcək Rusiya Futbol İttifaqının nümayəndələrinə təqdim olunacaq.

Qeyd edək ki, Rusiya millisi 2008-ci ildə Avstriya və İsveçrədə keçirilmiş Avropa çempionatının yarımfinalında İspaniya yığmasına 0:3 hesabı ilə uduzaraq bürünc medalla kifayətlənib. Bıstrov hazırda vətənində \”Tosno\” klubunun formasını geyinir.

İnterpress.az