Dünyanın ilk robot-satıcısı işə başlayandan bir həftə sonra qovulubbackend

Dünyanın ilk robot-satıcısı işə başlayandan bir həftə sonra qovulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”RİA Novosti\”yə istinadən xəbər verir ki, Şotlandiyanın Edinburq şəhərində \”Margiotta Food & Wine\” ərzaq mağazası robotu quraşdırılmasından bir həftə sonra ticarət zalından yığışdırıb. Robotun işi mağazalar şəbəkəsinin rəhbərliyini qane etməyib.

Qeyd olunur ki, robot tez-tez alıcıların xahişlərini başa düşməyib. Məsələn, \”süd qutusunu haradan tapmaq olar\” sualına o, yalnız \”süd məhsulları bölməsində\” deyə cavab verə bilir və dəqiq yeri göstərə bilməyib.

Bundan əlavə, cihaz səs-küylü mağaza şəraitində \”ağır eşidərək\” sözləri ayıra bilməyib, eləcə də yersiz zarafatlar edib.

İnterpress.az