Nadir tapılan yarış maşını 5 milyon dollara satıldıbackend

Nadir tapılan yarış maşını 5 milyon dollara satıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, satışa çıxarılan \”Porsche 550A\” modelinə 5.170.000 dollar ödənilib. Avtomobil 1958-ci ilin istehsalıdır.

Hərraca çıxarılan avtomobil əvvəlcə istehsalçı zavodun yarış komandasına məxsus olub. Avtomobil \”1000 km Nyurburqrinq\” yarışında qalib gəlib və \”Le-Man 24 saat\” yarışında da ikinci yeri tutub. Bundan başqa avtomobil 10 dəfə \”Mille Miglia Storica\” raritet yarış avtomobillərinin yarışında iştirak edib.
\”Porsche 550A\” avtomobili 1.5 litr həcmli, 4 silindrli iki karbüratorlu mühərriklə təchiz edilib. Aqreqat 137 at gücü hasil edir. Sürətlər qutusu 4 pilləlidir.

Zavod cəmi 40 ədəd \”Porsche 550A\” modeli istehsal edib.

İnterpress.az