İnterpress.az xəbər verir ki, avtomobilin debütü mart ayında Cenevrədə keçiriləcək avtomobil sərgisində baş tutacaq. \”Range Rover SV Coupe\” modeli məhdud sayda istehsal ediləcək.
Bir müddət əvvəl şirkətin sözügedən modeli seriya istehsalına təhvil verəcəyi barədə xəbər yayılmışdı. Əldə edilən paparazzi fotolarda avtomobil kamuflaja bürünüb. 4 yan qapı görünsə də, əslində üçqapılı model nəzərdə tutulub.
\”Land Rover\” şirkətinin \”Special Vehicle Operations\” bölməsi istehsal ilə məşğul olacaq. Cəmi 999 \”Range Rover SV Coupe\” istehsal ediləcək. Ehtimal edilir ki, sözügedən model \”Range Rover\”-in ən bahalı modeli olacaq.
İnterpress.az