İnterpress.az xəbər verir ki, film üzərində işləyən yaradıcı qrup plagiatda ittiham edilir.
Pol Zindel adlı dramaturqun ailəsi ehtimal edir ki, Gilyermo del Toro plagiatla məşğul olub. Rejissor Pol Zindelin pyeslərindən birindəki ideyanı olduğu kimi götürüb.
Yazıçının qohumları bu xəbərdən şok keçiriblər. Bildirilir ki, studiya Zindelin \”İcazə ver pıçıltını eşidim\” əsərindəki ideyanı götürüb.
Qeyd edək ki, \”Suyun forması\” filmi gizli laboratoriyanın lal-kar işçisinin həyatından bəhs edir. Xadimə işləyən qız amfibiya varlığa aşiq olur.
İnterpress.az