“CinemaPlus” dindarların etirazına cavab verdibackend

“CinemaPlus” dindarların etirazına cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, “28 Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında yayımlanan “Kəklikotu” filminə görə, dindarlar etiraz etmişdilər.

Etirazlara səbəb isə, filmdə rol alan Allahverdi Yolçuyevin adının yerə yapışdırılması idi. Belə ki, filmin bütün aktyor heyətinin adları bu şəkildə reklam məqsədi ilə yerə yapışdırılıb. Türkiyəli bir inanclı gənc isə bunu görüb və videosunu çəkərək, paylaşıb.

Bunun ardından azərbaycanlı dindarlar həmin hadisəyə sərt reaksiya göstərib, bu addımı tənqid ediblər. Onlar hesab edirlər ki, Allahverdi Yolçuyevin adında “Allah” sözü var və onu yerə yapışdırmaq olmaz.

Bu barədə Minval.İnfo-ya danışan “CinemaPlus” kinoteatrlar şəbəkəsinin PR meneceri Nərmin Həsənova deyib ki, bəhsi keçən reklam posterini bir müddət əvvəl yerdən qopardıblar: “Bizə də bu narazılıqlar gəlib çatdı və buna görə həmin posteri götürdük. Poster həm “Gənclik”, həm də “28 Mall”dan tamamı ilə yığışdırılıb, digər aktyorların adı isə qalıb”.

İnterpress.az