Bakının mərkəzindəki partlayış nəticəsində notarius kontoru və universitet binasına ziyan dəydibackend

Bakının mərkəzindəki partlayış nəticəsində notarius kontoru və universitet binasına ziyan dəydi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə nəticəsində Ədliyyə Nazirliyinin 41 saylı Notariat Kontoru, \”28 Market\” mağazası, \”Zəka\” kitab evi, \”Oyal plus\”, \”Ofisait\”, ofis və dəftərxana ləvazimatları mağazası, aptek və s. obyektlər ciddi zərər görüb.

Hadisə nəticəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əsas binasının şüşələri qırılıb.

Partlayış binanın üçüncü mərtəbəsinə də ziyan vurub. Binada yaşayış dördüncü mərtəbədən başladığından, sakinlər arasında xəsarət alan yoxdur.

İnterpress.az