“Partlayışla bağlı 1000-ə yaxın abonentin qaz təchizatı dayandırıldı” – “Azəriqaz”backend

“Partlayışla bağlı 1000-ə yaxın abonentin qaz təchizatı dayandırıldı” – “Azəriqaz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev “APA-Economics”ə bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur.

\”Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və MTK-ya məxsus qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.

“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.

Qeyd edək ki, Bakıda yaşayış binasında partlayış olub. Hadisə bu gün səhər saatlarında qeydə alınıb.

İnterpress.az