Sən demə, çəki artımı hətta qidalanmanı (kalorini) tütün asılılığı dövrü ilə müqayisədə azaltdıqda da baş verir. Alimlərin fikrincə, artım bağırsağın bakterial mühitindəki dəyişikliklərlə bağlıdır. Bəlli olub ki, təzəcə siqaretlə vidalaşan insanların bağırsağında kök insanların bağırsaq florasında dominantlıq edən bağırsaq ştamlarının miqdarı artır. “Görünür, yeni bakterioloji flora qidanın tərkibindəki enerjinin daha effektli sərfini təmin edir”, – deyə alimlər qənaətə gəliblər.
İnterpress.az