Təyyarə havaya qalxmaq istəyəndə yaşanan bu hadisənin səbəbkarı isə sərnişinlərdən biri olub.
Bəzi sərnişinlər gördüklərini sosial mediada paylaşmaq üçün cib telefonları ilə baş verənləri çəkiblər. Bu şəkli paylaşan sərnişinlərdən biri isə aşağıdakıları yazıb: “Bir sərnişinin qəza qapısını açdığını ilk dəfə idi ki, görürdüm. Bizə dedi ki, sadəcə təmiz hava almaq istəyir… Ümid edirəm, uçuşumuz çox da təxirə salınmayacaq”.
Hər hansı bir zərər vermədiyi üçün hava yolu şirkəti sərnişin haqda cəza tədbiri görməyəcək. Çünki bu, onun ilk uçuşu olub və etdiyi hərəkət də hər hansı itkiyə, problemə səbəb olmayıb.
İnterpress.az