Bəzi ömürlük məhbuslar da əfv olunacaqlar – AÇIQLAMAbackend

Bəzi ömürlük məhbuslar da əfv olunacaqlar – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Modern.az-a istinadən məlumatına görə, bu sözləri Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Elmira Axundova deyib.

Elmira Axundova bildirib ki, həftədə 1 və ya 2 dəfə Komissiyasının iclası keçiriləcək.

“Hələ ki, başqa kateqoriyadan olan cinayət törədən şəxslərin işinə baxılır. Ömürlük məhbuslarla bağlı məsələyə isə həmişə ən sonda baxılır. Həmişə ömürlük məhbuslar da əfv sərəncamından yararlanıblar. Bu dəfə də olacaq”.

Qeyd edək ki, bu il Novruz bayarmı öncəsi ölkə başçısının növbəti əfv sərəncamı imzalayacağı gözlənilir.

İnterpress.az