Müğənni bacılar “Xəzər” TV-dən getdibackend

Müğənni bacılar “Xəzər” TV-dən getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə onlar özləri məlumat veriblər. Bacılar bildiriblər ki, sabah “Hər şey daxil” verilişində sonuncu dəfə efirə çıxacaqlar:

“2 iyun 2014-cü ildən etibarən evinizin sakini oldu. Bir çoxunuz bizi evinizin övladı bilib dərdimizə şərik oldunuz. Sevincimizə, uğurumuza sevindiniz. Biz yıxıldıq, siz əlimizdən tutub ayaq üstdə dayanmağı öyrətdiniz. Xəzər TV, bizi biz edən, bizim halal qazandığımız çörəyi bizə çox görmədiniz. Ailə kanalında çalışıb, oranın övladı, siması olmaq nə qürurvericidir. Bu postu ağlayaraq, əlim əsərək yazıram. Çünki ailəm bilirəm. Bu xəbər sevinən də, kədərlənən də olacaq. Rəhbərlik sağ olsun seçimimizə hörmətlə yanaşdı. Dörd il sonra, yəni, sabah saat 10:00-da canlı efirdə vidalaşırıq”.

İnterpress.az