PR meneceri Nigar Məmmədova və mətbuat katibi Rəvan Rədlə birlikdə jurnalistlərin qarşısına çıxan müğənni onların suallarına cavab verib. Tədbir ifaçının mətbuat katibinin görüşün əsas səbəbini açıqlaması ilə başlayıb:
“Burada iştirak edən bütün media nümayəndələrinə Dilarə haqqında olan xəbərləri yayımladıqları üçün təşəkkür edirəm. Çoxdandır mətbuat konfransı etmirdik. Düşündük ki, sizinlə görüşək və suallarınızı cavablandıraq”.
Daha sonra Dilarə Kazımovanın PR işləri məşğul olan Nigar Məmmədova ötən ilin hesabatını açıqlayıb:
“2017-ci ildə “Yarat”da konsertimiz oldu. Bundan əlavə Dilarə xanım dəfələrlə xaricdə kliplər çəkdirdi, mahnılar təqdim etdi. Ümumiyyətlə ötən ilin dekabrından başlayaraq reperturımıza Azərbaycan dilində olan mahnıları artırmaq qərarına gəldik.
Dilarə Kazımova xaricdə daha məşhurdur. O, Ukraynada küçədə gəzə bilmir. Hər kəs onu tanıyır və avtoqraf istəyir. Amma Dilarə vətənpərvər biri olduğu üçün istəyir ki, öz publikamız üçün nələrsə etsin”.
Müğənni isə “Kəklikotu” filminin mahnısını səsləndirməsindən danışıb:
“Aranjimandan asılı olaraq yenə də “Dəm” olmuşam kimi mahnını fərqli tərzdə ifa edə bilərəm. Azərbaycanlı dinləyicilər üçün pop üslubunu seçdik. Əslində klassik mahnı da oxuya bilərəm, amma düşünürük ki, lazım deyil”.
Dilarə sənətində fasilə verməsinin səbəbini də açıqlayıb:
“Sənətimdə uzun müddətli fasilənin səbəbi Kiyevdə ingilis dilində hazırladığım albom oldu. Çünki bir il ərzin tez-tez Ukraynaya səfər etməli idim.
Sözünügedən albom və kliplər hazırda Avropa radiolarında səslənir.
Həm də ki, “Eurovision” kimi layihədən sonra insan dincəlmək və hansı tərzdə davam etməsi barədə düşünmək istəyir. Ola bilər ki, bu da sənətdə fasiləyə səbəb olsun”.
İfaçı xanım ifaçıların bədənləri ilə gündəmə gəlməsi məsələsinə də toxunub:
“Bu çox önəmlidir. Hətta deyə bilərəm ki, soyunmaq PR kampaniyasının bir hissəsidir. Bəzən məndən niyə soyunduğumu soruşurlar. Rəfiqələrim isə belə gözəl bədənə sahib olduğumdan xəbərsiz idilər. Onlara dedim ki, əgər mən göstərməsəydim, sizin xəbəriniz olmayacaqdı. Əgər geyim əynimdə yaxşı görünürsə və ya geyimsiz gözəl görünürəmsə, niyə də nümayiş etdirməyim? Ən azından biz çox soyunmamışıq.
Şəkillərimin müzakirəsinə gəldikdə isə, qoy, etsinlər. Düşünürəm ki, bu olmalıdır. Tez-tez əməliyyat olub, olmamağım barədə soruşurlar. Xeyr, heç bir əməliyyat keçirməmişəm. Bədəni formada saxlamağın ən gözəl yolu idmandır. Zalda iki saat məşq insanı formada saxlayır.
Amma gələcəkdə lazım olsa, təbii ki, əməliyyata müraciət edəcəyəm”.
D.Kazımova onu “seks simvol” adlandırdıqlarını da etiraf edib:
“Deyirlər ki, Azərbaycanın seks simvoluyam. Hətta, yeni Monika Belluçi adlandırırlar. Əsla bu yerə namizəd deyiləm. Amma xarici məşhurla müqayisə olunmağım məni sevindirir”.
İfaçı onun boşandıqdan sonra soyunduğunu iddia edənlərə cavab verib:
““Eurovison”da oxuduğum mahnı özündə çox güclü mesaj daşıdığı üçün qapalı libas geyindim. 2008-ci ildə mən çox açıq libasda çıxış etmişəm. Sadəcə olaraq axtarış sisteminə yazıb həmin fotoları görə bilərsiniz. Bunun başanmağımla heç bir əlaqəsi yoxdur. Rəsmi boşanma olmadığı üçün mediaya bu barədə heçnə deyə bilmirdim. İndi isə rəsmən boşanmışam. Ona görə də rahatlıqla yaza bilərsiniz”.
Dilarə Kazımova sevgilisinin olub olmamasına da aydınlıq gətirib:
“Mən musiqiyə aşiqəm. Ona görə də mənim üçün ən vacib kariyeradır. Ürəyim boşdur. Təbii ki, heç kim sevgidən imtina etməz, amma mən onu axtarmıram. Bu açıqlamamdan sonra isə elçilərin sayı artacaq”. (musavat.com)
İnterpress.az