Bu gün biz sizə öskürəyi kəsməyə kömək edən təbii reseptlər təqdim edəcəyik. Bu reseptdən həm böyüklər, həm də uşaqlar istifadə edə bilər. Belə ki, turpu kiçik hissələrə doğrayıb sobada 2 saat ərzində bişirirsiniz. Sonra onun şirəsini çıxarırsınız. 2 çay qaşığı həcmində gündə 3-4 dəfə yeməkdən və gecə yatmazdan əvvəl qəbul edirsiniz.
Bu kokteylin də öskürəyi kəsməyə çox xeyri var, xüsusilə uşaqlarda. 1 alma, 1 kök və 1 soğan götürüb onları sürtgəcdən keçirirsiniz. Qarışdırıb içinə 2 xörək qaşığı bal əlavə edirsiniz. Bu qarışığı uşaqlara ilıq halda gün ərzində 1 çay qaşığı olmaqla 4-5 dəfə verməyiniz məsləhətdir.
Növbəti reseptimiz güclü öskürəyə qarşı əla vasitədir! Bunun üçün armudları 20 dəqiqə ərzində 500 ml suda qaynatmaq lazımdır. Sonra onu 4 saat ərzində dinlənməyə qoyun və süzün. Gün ərzində 100 ml olmaqla 4 dəfə yeməkdən 1,5 saat əvvəl içmək məsləhətdir.
Bir çox faydası ilə seçilən banan öskürəyə də dərmandır: 2 ədəd bananı xırda-xırda doğrayıb 200 ml qaynayan suya tökürsünüz. 10 dəqiqə qaynayandan sonra içinə bal qatırsınız. Bu məhlulu isti halda içmək sağalmağınızı sürətləndirəcək. (süfrəm.az)
İnterpress.az