Miaopai video vebsaytında yerləşdirilmiş videoda körpə əmizdirən ana və onun əri izah ediblər ki, intensiv müalicə şöbəsində yerləşdirilmiş uşaqlarından birinin müalicə xərclərini qarşılamaq üçün onlara azı 100,000 yuan (təxminən $15875) pul yığmaq lazımdır.
Körpə əmizdirən ana bildirib ki, pulu tez bir zamanda yığmalı olduğundan südünü satmaq qərarına gəlib, çünki əkiz qızlarından birinin Şencen hospitalında intensiv müalicə kursuna ehtiyacı var.
Onun əri izah edib ki, onların hospitala \”yüz minlərlə yuan\” məbləğində borcu var və həkimlər bildirib ki, uşaq sağalandan sonra ailə ən azı \”100,000 yuan\” ödəməyə hazır olmalıdır.
Son vaxtlar Çində yerli tibbi mərkəzlər pasiyent axınının öhdəsindən gələ bilmədiyinə, insanlar uzun növbələrdə gözləyə bilmədiklərindən həkimin qəbuluna düşmək üçün əlavə pul ödəməli olduğuna görə tənqid olunur.
Sözügedən cütün hərəkəti sosial şəbəkələrdə istifadəçilərin əksəriyyəti dəstəkləyib.
İstifadəçilər camaatı həmin çütə \”ianə etməyə\” çağırıb.
Lakin bəzi istifadəçilər bu yolla pul toplamağı \”ədəbsiz\” sayaraq, bu yolun \”ləyaqətli\” olmadığını qeyd ediblər.
Lakin istifadəçilərdən biri \”neqativ\” şərhləri tənqid edərək bildirib: \”Bu addım çarəsiz valideynlərin körpələrini necə sevdiyinin göstəricisidir… Bəs sizin uşağınız bu vəziyyətdə olsaydı, siz onun həyatını düşünəcəkdiniz, yoxsa özünüzü?\” (bbc)
İnterpress.az