UEFA paytaxt klubunun cəzasını yüngülləşdirdibackend

UEFA paytaxt klubunun cəzasını yüngülləşdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az saytının məlumatına görə, qurumun Apelyasiya Komitəsi Belqrad təmsilçisinə verilən cəzanın yüngülləşdirilməsinə qərar verib.

Belə ki, paytaxt klubunun Avropa Liqasının Rusiya MOİK-i ilə ev matçını azarkeşlərsiz keçirmək haqda cəza ləğv olunub. Fevralın 13-də baş tutacaq 1/16 final oyununu tamaşaçılar da izləyə biləcək.

Əvəzində “Srvena Zvezda”ya iki illik şərti cəza verilib. Bu müddətdə xoşagəlməz hallar yaşansa, ləğv edilən cəza da bərpa olunacaq. Cəzası yüngülləşdirilən serbiyalılar əlavə 30 min avro cərimə də ödəməli olacaq.

Qeyd edək ki, “Srvena Zvezda” Avropa Liqasının BATE ilə ev oyununda azarkeşlərin irqçi davranışı üzündən cəzalanmışdı.

İnterpress.az