İnterpress.az xəbər verir ki, bu barədə Trend Rusiyanın Azərbaycanda səfirliyinin saytına istinadən məlumat verir.
Qeyd olunur ki, səsvermə Bakı şəhəri, Bakixanov küçəsi 17 ünvanında (Səfirliyin konsulluq şöbəsinin binası) yerləşən 8017 saylı seçki məntəqəsində keçiriləcək.
\”Məntəqə saat 08:00-dan 20:00-dək açıq olacaq. Səsvermədə iştirak etmək üçün pasport və yaxud onu əvəz edən sənədi təqdim etmək mütləqdir\”, deyə səfirliyin məlumatında bildirilir.
İnterpress.az