Rusiyada dünya çempionunu öldürməkdə günahlandırılan azərbaycanlı özünü təqsirli bilmirbackend

Rusiyada dünya çempionunu öldürməkdə günahlandırılan azərbaycanlı özünü təqsirli bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, APA-nın RİA \”Novosti\” agentliyinə A. Allahverənovun vəkili Konstantin Lısenko bildirib ki, hüquqlarını müdafiə elədiyi şəxs özünü günahkar bilmir.

\”Anar Allahverənov dalaşdığını etiraf etsə də, qətl törətmədiyini bildirilir\”, – deyə vəkil qeyd edib.

Qeyd edək ki, ötən il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb.

Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.

Hadisədən bir müddət sonra Anar Allahverənovun atası Əliyar Allahverənov Xabarovskda yolu keçmək istəyərkən avtomobillə vurularaq öldürülüb.

Yol-nəqliyyat hadisəsinin qisas olub-olmadığı da istintaq tərəfindən araşdırılan versiyalar sırasındadır.

İnterpress.az