Düşmən cəbhədə təxribat törətdi – Ordumuz 1 erməni hərbçini öldürdü, 2-sini yaraladıbackend

Düşmən cəbhədə təxribat törətdi – Ordumuz 1 erməni hərbçini öldürdü, 2-sini yaraladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MN-dən İnterpress.az-a verilən məlumata görə, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.

Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib, 2 hərbçisi isə ağır yaralanıb.

Düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

İnterpress.az