İnterpress.az xəbər verir ki, 77 yaşlı N.Pelosi çıxışı zamanı fasilə etməyib, yalnız su içib.
N.Pelosi demokrat və respublikaçıları büdcəyə dair razılığa gələrkən immiqrantların problemlərinə biganə qalmaqda günahlandırıb.
Yerli vaxtla saat 10:00-da nitqinə başlayan N.Pelosiyə saat 17:00-da bildiriblər ki, o artıq Konqresin aşağı palatasında fasiləsiz çıxışa görə rekordu yeniləyib. N.Pelosi nitqini saat 18:10-da yekunlaşdırıb.
Bundan əvvəlki rekord konqresmen Ceyms Klarka məxsus olub. O, 1909-cu ildə Nümayəndə Palatasında fasiləsiz 5 saat 15 dəqiqə nitq söyləyib. (apa)
İnterpress.az