Qaxda 38 yaşlı kişini çaqqal dişləyibbackend

Qaxda 38 yaşlı kişini çaqqal dişləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saatlarında rayonun İbaxlı kənd sakini, 1980-cı il təvəllüdlü Xəlil Məhyəddin oğlu Vəliyev sağ qolun bilək nahiyəsinin dişləmə xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Müayinə zamanı Xəlil Vəliyevi yaşadığı ünvanda çaqqal dişlədiyi məlum olub. Belə ki, Xəlil Vəliyev yaşadığı ünvanda yerləşdirdiyi tələyə çaqqal düşüb. Xəlil Vəliyev çaqqalı tələdən azad etmək istəyən zaman yırtıcı ona hucum edərək biləyini dişləyib.

Xəlil Vəliyevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb.

İnterpress.az