İnterpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son dövrlər zədə səbəbindən oynamayan futbolçunun vaxtından öncə komandadan göndərilməsinin dəqiq səbəbi açıqlanmır.
İbrahimoviç 2016-cı ilin yayında fransanın PSJ klubundan “Mançester Yunayted”ə azad agent kimi transfer edilmişdi. Bu mövsüm 36 yaşlı hücumçu İngiltərə Premyer Liqasının yalnız 5 oyununda meydana çıxıb. İbrahimoviçin klubla müqaviləsi gələn yay başa çatacaqdı.
İsveçli futbolçunun karyerasını ABŞ-ın “Los Ancels Qeleksi” klubunda davam etdirəcəyi bildirilir.
İnterpress.az