Ölkə.Az-a Nərimanov RPİ-dən verilən məlumata görə, atışma nəticəsində 1 nəfər güllə yarası alaraq ölüb.
Hadisə yerinə Bakı Şəhər Prokurorluğu, Nərimanov rayon hüquq-mühafizə orqanlarının və məhkəmə-tibbi ekspertiza şöbəsinin əməkdaşları cəlb olunub.
İlkin versiyaya görə, qətl zamanı odlu silahdan istifadə olunub. Hazırda ölənin şəxsiyyəti müəyyənləşdirilir.
İnterpress.az