Bakının Sabunçu rayonu ərazisində dəhşətli intihar hadisəsi baş verib.
İnterpress.az lent.az-a istinadla xəbər verir ki, 22-25 yaşlı qız özünü metronun \”Koroğlu\” stansiyasının yaxınlığındakı körpüdən atıb. Avtomobil yoluna düşən gənc qız hadisə yerindəcə keçinib.
İlkin araşdırmalardan sonra intihar edən şəxsin 1993-cü ildə doğulduğu və adının Könül olduğu məlum olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
İnterpress.az