İnterpress.az report.az-a istinadən xəbər verir ki, yanğın zamanı xəsarət alanların sayı 7-ə çatıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib, 3 nəfərə isə hadisə yerində Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib.
Məlumata görə, yanğın yataqxananın 3-cü mərtəbəsindən – Yaşar Həsənova məxsus mənzildən başlayıb. Mənzilin eyvanından başlayan yanğın tədricən qonşu mənzilə keçib. Yanğın zamanı Y.Həsənovun evində qonağ olan qohumu, 1993-cü il təvəllüdlü Qara Rafiq oğlu Məmmədovun sonradan halı pisləşib və tüstüdən zəhərləmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az